"Yaxşı oynayan qalib gəlsin" - "Qalatasaray"dan "Neftçi"yə

16:16 - 31 Avqust 2020

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, "Neftçi" "twitter" hesabında "Qalatasaray"ı gözlədiyini yazlb: "Sizi gözləyirik, "Qalatasaray".

 

İstanbul klubu isə Azərbaycan dilində belə cavab verib: "AzərbayCANda görüşərik, yaxşı oynayan qalib gəlsin".

 

“Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də Bakıda keçiriləcək.

 

Xəbər xətti