Nurlan 15 dəqiqə oynadı

17:41 - 31 Avqust 2020

Estoniya çemponatında 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” evdə “Kuressaare” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 0:0.

 

Novruzov 75-ci dəqiqədə meydana buraxılıb.

 

“Narva Trans” 20 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti