Silven Ripoll: "Azərbaycan yığmasının oyununu bəyəndim"

00:22 - 8 Sentyabr 2020

Fransanın U-21 millisinin baş məşqçisi Silven Ripoll AÇ-2021-in seçmə mərhələsində Sumqayıtda Azərbaycan yığması ilə oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni şərh edib:

 

- Çətin oyun oldu. Xüsusən ilk yarıda oyuna nəzarət edə bildik. Hesabı açmaq üçün fasiləyədək çoxlu şansımız oldu. İkinci hissə isə bizim üçün çətin keçdi. Bu da Azərbaycan yığmasının səylərini artırması ilə əlaqədar idi. Fasilədən sonra texniki cəhətdən zəif oynadıq. Xüsusən, topun saxlanılması sarıdan çatışmazlığımız oldu. Bu gün Azərbaycan yığmasının oyununu bəyəndim. Rəqib daha yaxşı çıxış etdi. Bizim isə ikinci hissədə problemlərimiz oldu. Açığı, Azərbaycan millisinin güclü olacağını gözləyirdim. Amma İsveçrə yığması ilə də müqayisədə daha güclü oyun sərgilədilər.

 

- Fransanın heyətinə baxanda əzəmətli simalar görürük. Sizcə, azərbaycanlı futbolçularda nə çatışmır ki, Avropada oynasınlar?
- Açığı, kifayət qədər detallarla deyə bilmərəm. Məncə, daha çox məşq etməlidilər. Azərbaycanda kifayət qədər istedadlı futbolçular var, bunu əvvəlki oyunda da görmüşdüm. Azərbaycanlı futbolçular bu gün meydanda başa-baş mübarizəyə hazır olduqlarını göstərdilər.

 

Xəbər xətti