"Volfsburq"dan "Fənərbaxça"ya

12:57 - 16 Sentyabr 2020

"Fənərbaxça" növbəti transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Volfsburq" klubunun müdafiəçisi Marsel Tisseranı heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Bu keçid "Fənərbaxça"ya 4 milyon avroya başa gəlib.

 

"Volfsburq" Konqo Demokratik Respublikası millisinin üzvünü 2018-ci ildə "İnqolştadt"dan 7 milyon avroya transfer edib.

Xəbər xətti