"Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq

12:17 - 18 Sentyabr 2020

1-ci divizionda yeni mövsümün hazırlıqlarını Gəncədə davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirəcək.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər”in ilk rəqibi aşağı dəstənin digər təmsilçisi “Turan Tovuz” olacaq.

 

Qərb komandalarının oyunu sentyabrın 19-na təyin olunub. Nizami yurdunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Xəbər xətti