"Mançester Yunayted" "Portu"nun futbolçusu üçün 20 milyon ayırdı

14:41 - 18 Sentyabr 2020

"Mançester Yunayted" "Portu"nun müdafiəçisi Aleş Telleşi transfer hədəfinə alıb.

 

Sportal.az "O Jogo" nəşrinə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı futbolçu üçün 20 milyon avrosundan keçməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.

 

"Portu" braziliyalı futbolçunu 2016-cı ildə "Qalatasaray"dan 6,5 milyon avroya transfer edib. Sol cinah müdafiəçisi ötən mövsüm 49 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xəbər xətti