"Beşiktaş" Abubakarı tibbi müayinədən keçirəcək

11:11 - 24 Sentyabr 2020

"Beşiktaş" "Portu"nun hücumçusu Vinsent Abubakarı transfer etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, kamerunlu futbolçu tibbi müayinədən keçmək üçün istanbula gəlib. O, yoxlanışdan uğurlu keçsə, müqavilə imzalanacaq.

 

Hücumçu dizindən aldığı ağır zədəyə görə son iki mövsüm keçirdiyi 21 oyunda 6 qol vurub. Abubakar 2016/17 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edib. 28 yaşlı futbolçu İstanbul təmsilçisinin Super Liqa çempionu olduğu mövsümdə keçirdiyi 38 qarşılaşmada 19 qol vurub, 4 məhsuldar ötürmə etmişdi.

Xəbər xətti