"Qarabağ"a "Legiya" ilə oyunda kömək etməyəcək

17:47 - 29 Sentyabr 2020

"Qarabağ"ın futbolçusu Donald Gerye Avropa Liqasının pley-offunda "Legiya" Polşada keçiriləcək oyunu buraxacaq.

 

Sportal.az xəbər verir ki, haitili cinah oyunçusunun əvvəlki pasportunun vaxtı bitib, yenisi isə sifariş edilsə də, hələ gəlib çıxmayıb. Bu səbəbdən o, Polşaya gedə bilməyəcək.

 

"Qarabağ" bu gün saat 17:00-da çarter reysi ilə Varşavaya yollanıb.

 

Oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" oyunnu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti