"Fənərbaxça" 35 yaşlı hücumçu ilə müqavilə imzaladı

17:02 - 1 Oktyabr 2020

"Fənərbaxça" yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"dan ayrılan Papiss Sisseni transfer edib. 35 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Senqallı forvard son iki mövsüm "Alanyaspor"da keçirdiyi 58 oyunda 38 qol vurub. Sisse "Mets" (Fransa), "Frayburq" (Almaniya), "Nyukasl" (İngiltərə), "Şandon Lunin" (Çin) kimi klublarda çıxış edib.

Xəbər xətti