"Real"ın futbolçusu zədələndi

13:45 - 17 Oktyabr 2020

"Real"ın futbolçusu Martin Edeqor zədələnib.

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımüdafiəçi Norveç millisinin heyətində Millətlər Liqasının IV turunda Şimali İrlandiya ilə matçda xəsarət alıb. Onun zədəsinin ciddi olduğu bildirilsə də, yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Madrid klubuna 2015-ci ildə "Stromsgodset"dən (Norveç) keçən Edeqor bu müdət ərzində "Herenven", "Vitess" və "Real Sosyedad"da icarədə olub. O, bu mövsümdən “Real”a qayıdıb. 

Xəbər xətti