"Zirə"nin legioneri milliyə çağırıldı

12:11 - 27 Oktyabr 2020

"Zirə"nin futbolçusu Klesio Bauk Mozambik millisinə çağırılıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Luis Qonsalveşin Afrika Millətlər Kubokunda Kamerunla oyun üçün dəvət göndərdiyi 23 futbolçu sırasında 26 yaşlı hücummeylli yarımmüdafiəçinin də adı yer alıb.

Mozambik yığması Kamerunla 12 və 16 noyabr tarixlərində iki oyun keçirəcək.

Xəbər xətti