"Qəbələ" ilk qələbəsini qazandı, "Zirə"dən heç-heçə - YENİLƏNİB

17:59 - 31 Oktyabr 2020

Azərbaycan Premyer Liqasında VIII tura start verilib. Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Açılış oyununda “Qəbələ” “Sabah”ı qəbul edib. Meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu, "Qəbələ"nin mövsümdə ilk qələbəsi, "Sabah"ın isə ardıcıl 5-ci məğlubiyyəti olub.

Günün digər oyunu “Zirə” ilə “Səbail” arasında baş tutub. Zirə İdman Kompleksinin stadionunda kekirilən görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Turun qalan iki oyunu sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
VIII tur
31 oktyabr

14:00. “Qəbələ” – “Sabah” - 2:1
Qollar: 
Yusif Nəbiyev, 31, Nikolas Raysel - Ramil Şeydayev, 80
Qırmızı vərəqə: Nikola Vuyadunoviç, 69

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 32. Nikolas Raysel, 13. Yurgen Qoca, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev

Sabah: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 10. Yevgeni Koçuk, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 18. Xulio Sezar Rodriqes, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes

16:00. “Zirə” – “Səbail” - 0:0
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov.
Zirə İdman Kompleksinin stadionu.

Xəbər xətti