"Bavariya" avrokuboklarda "Atletiko"nun rekordunu təkrarlayıb.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə Avstriya "Zalsburq"unu 3:1 hesabı ilə məğlub etdiyi görüşdə nail olub.
Münhen təmsilçisi avrokuboklarda ardıcıl 16-cı qələbəsini rəsmiləşdirib. Daha öncə "Atletiko" 2011/12 mövsümündə Avropa Liqasında və UEFA Super Kubokunda ardıcıl 16 qələbə qazanmışdı.
Tarix: 26 Noyabr [17:57]
|
|
Müəllif: Sportal.az
|