UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

23:35 - 3 Dekabr 2020

UEFA İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan və Ermənistanda beynəlxalq matçların keçirilməsinə dair qoyulan qadağanı ləğv edib.

Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu addım Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

UEFA bu qadağanı oktyabrın 20-də qoymuşdu. Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

Xəbər xətti