Fransızlar Azərbaycan bayrağına görə üzr istədilər

Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə qran-pri turnirinin təşkilatçıları turnirin loqosunda Azərbaycan bayrağının yer almamasına görə üzr istəyiblər.

 

Sportal.az xəbər verir ki, Fransa Güləş Federasiyası bununla bağlı Azərbaycan Güləş Federasiyasına məlumat verib. Onlar sözügedən loqonun daha əvvəl hazırlandığını, bu səbəblə orda Azərbaycan bayrağının yer almadığını bildiriblər. Fransa qurumu bu hadisəyə görə Azərbaycan Güləş Federasiyasından üzr istəyib.

 

Qran-pri turniri yanvarın 15-dən 17-dək təşkil ediləcək.

Tarix: 14 Yanvar [12:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2021
23  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio