Premyer Liqanın oyunu təxirə salındı

16:05 - 14 Yanvar 2021

İngiltərə Premyer Liqasının 18-ci turunda keçirilməli olan "Aston Villa" - "Everton" oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb meydan sahiblərinin heyətində koronavirusa yoluxan futbolçuların olmasıdır.

 

Matçın hansı tarixə keçirildiyi barədə məlumat verilməyib.

Xəbər xətti