Kramarenko Rusiya klubunda?

18:12 - 15 Yanvar 2021

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiyada çalışa bilər.

 

Sportal.az “Championat” nəşrinə istinadla xəbər verir ki, ÇSKA klubu onu komandaya cəlb etmək istəyir. 48 yaşlı mütəxəssisin Mosvka klubunda qapıçılar üzrə məşqçi olmağa əsas namizəd olduğu bildirilib.

 

Millinin keçmiş qapıçısı yığmadan əvvəl “Neftçi” və “Qəbələ”də məşqçi kimi çalışıb.

Xəbər xətti