"Telstar"da oynamaq mənə müsbət təsir edəcək" - Ozan Can Kökçü

15:42 - 20 Yanvar 2021

“Sabah”ın Niderlandın “Telstar” klubuna icarəyə verdiyi Ozan Can Kökçü açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi keçidi barədə danışıb:

 

“Yenidən Niderlanda qayıtdığım üçün sevinirəm. “Telstar” əla futbol oynayır. Keyfiyyətli komandaya gəlmişəm. Əvvəllər də Niderlandda oynadığım üçün bu komandanı yaxşı tanıyıram. Burada yaxşı 6 ay keçirəcəm. Düşünürəm ki, burada oynamaq mənə müsbət təsir edəcək. Çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edəcək”.

 

“Sabah” Ozanı “Telstar”a mövsümün sonunadək icarəyə verib.

Xəbər xətti