Azərbaycanlı hakim-inspektor Ermənistanın oyununa təyinat aldı

17:00 - 22 Yanvar 2021

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

 

Sportal.az xəbər verir ki, Səmədli futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin Rusiya – Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.

 

Rusiya - Ermənistan görüşü yanvarın 29-da, digər matç isə fevralın 3-də gerçəkləşəcək.

Xəbər xətti