Lempard istefaya göndərildi - əvəzləyicisi də məlumdur

15:11 - 25 Yanvar 2021

İngiltərənin "Çelsi" klubu baş məşqçisi Frenk Lempard istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi bununla bağlı məlumat yayıb. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

"Sky Sports"un məlumatına görə, 42 yaşlı mütəxəssisi PSJ-dən ayrılan Tomas Tuxel əvəz edəcək.

 

Lempard 2019-cu ilin yayından "Çelsi"ni çalışdırır.

Xəbər xətti