Klub prezidenti və baş məşqçi arasında qalmaqal

17:47 - 10 Fevral 2021

İtaliya kubokunun yarımfinal mərhələsində “Yuventus”la 0:0 hesablı heç-heçə edən “İnter” 2 oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada qalmaqal baş verib. Komandalar fasiləyə yollanarkən “İnter”in baş məşqçisi Antonio Konte rəqib komandanın prezidenti Andrea Anyelliyə təhqiredici hərəkət edib.

 

Buna cavab olaraq, oyunun başa çatmasından sonra “qoca sinyora”nın prezidenti Konteni təhqir edib. Ardınca tərəflər arasında qarşıdurma yaranıb.

Xəbər xətti