"Qəbələ" sevindirici xəbər aldı: Kamal geri döndü

19:19 - 22 Fevral 2021

Avrokuboklara vəsiqə uğrunda mübarizədə iddiasını davam etdirən "Qəbələ" zədəli futbolçusu Kamal Mirzəyevdən şad xəbər alıb.

 

Sportal.az xəbər verir ki, uzun müddətdir bel yırtığından əziyyət çəkən 26 yaşlı yarımmüdafiəçi məşqə başlayıb.

 

Kamal ötən mövsüm "Əl-Qədsiyə" klubunda uğurlu karyera keçirib. Milli komandaya qədər yüksələn futbolçu Küveyt klubunda aldığı zədəyə görə bu mövsüm cəmi 1 oyun keçirə bilib.

Xəbər xətti