Nuriyev dubl etdiyi oyunda meydandan qovuldu

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
 

Sportal.az xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay" evdə Donetsk “Olimpik”in' 2:1 hesabı ilə qalib gəlib.

 

Nuriyev start heyətində meydana çıxıb və komandasının hər iki qolunu vurub. Kapitan 13 və 45+1-ci dəqiqələrdə penaltidən fərqlənib. Ancaq o, 18 və 85-ci dəqiqədə sarı vərəqələr alaraq meydandan qovulub. Rüstəm isə 68-ci dəqiqədə meydana daxil olub və 90+2-ci dəqiqədə əvəzlənib.

 

“Minay” 16 turdan sonra 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

 

AFFA Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin  milliləşdirilməsi ilə bağlı danışıqlara başlayıb.

Tarix: 28 Fevral [21:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected]u | site by Five studio