Elmar Baxşıyev: "Yuxarı pillələrə qalxmağa çalışacağıq"

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

 

- Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” çempionatın favoritidir. Heyətimizdə itkilər var idi. Heyətimiz də kasad olduğu üçün rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə oldu. İlk hissədə narazı qaldığım epizodlar oldu. “Qarabağ” bizdən üstündür. Təslim olmuruq, öz oyunumuzla yuxarı pillələrə qalxmağa çalışacağıq.

 

- Bu mövsüm “Qəbələ”nin çıxışı göz oxşayır. Qarşınıza Avroliqaya getmək kimi bir məqsəd qoyulubmu və inanırsızmı ki, Avroliqaya vəsiqə qazana bilərsiz?
- Qarşımızda Avroliqaya getmək vəzifəsi qoyulmayıb. Nə olur olsun, avrokuboklara getməliyik deyə bir şey yoxdur. Öz oyunumuz var və daha da yaxşı olacağıq. Komandanın potensialı var, Avroliqaya gedə bilərik.

Tarix: 2 Mart [21:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio