Anatoli Nuriyev: "Atamın babası Azərbaycanda doğulub"

13:37 - 5 Mart 2021

Ukraynanın "Minay" klubunun hücumçusu Anatoli Nuriyev football24.ua saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki 24 yaşlı futbolçu bu mövsüm Ukrayna çempionatında 8 qolun 5-ni penaltidən vurmasından danışıb:

 

"Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Topa yaxınlaşırsan və qərar verirsən. Bu, psixologiyadır. Cari mövsümdə 2 penaltidən yararlana bilməmişəm. Bundan sonra eyni əminlik olmadır. Yəqin, mənim əsas hiyləm budur. Heç vaxt topu Ronaldu kimi bir küncə vurmuram. O, tez-tez sol küncü nişan alır, hərdən isə sağı seçir. Mən isə topu həm mərkəzə, həm də sağ və sol künclərə vururam".

 

Nuriyev Azərbaycanla bağlılığı barədə bunu deyib:"Atamın babası Azərbaycanda doğulub. Əvvəlcə Kiyevə, sonra isə buraya - Zakarpatyeyə gəliblər. Babam və atam isə burada dünyaya gəliblər".

 

AFFA "Minay"ın iki futbolçusu - Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni milliləşdirməklə bağlı iş görür. Nuriyev vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.

Xəbər xətti