Filip Ozobiç: "Bu səviyyəni qorumağa çalışmalıyıq"

“Qarabağ”ın futbolçusu Filip Ozobiç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klubun saytına danışan xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın 18-ci turu çərçivəsində “Qəbələ”ni məğlub etdikləri oyunla (3:0) bağlı fikirlərini bildirib:

 

“Qarşıda bizi çox oyun gözləyir. “Qəbələ” ilə matçda oyunumuzdan çox xoşum gəldi. Fikrimcə, komandamız qələbəyə layiq oynadı. Çalışmalıyıq ki, yüksələn xətlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. “Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.

Tarix: 6 Mart [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio