Azərbaycan millisi Kişinyovda ilk məşqə çıxdı

22:22 - 7 Mart 2021

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Moldova yığmasına qarşı keçirəcək Azərbaycan millisi martın 6-da Bakı-İstanbul-Kişinyov reysi ilə Kişinyova yollanıb.

 

Sportal.az xəbər verir ki, dünən axşam saatlarında Moldovanın paytaxtına çatan və “Bristol Hotel”də məskunlaşan komandamız bu gün oyunun keçiriləcəyi Çoreskudakı “Futzal Arena”da ilk məşqini reallaşdırıb.

 

Martın 9-da keçiriləcək Moldova – Azərbaycan matçına saat 20:30-da start veriləcək.

Xəbər xətti