Stiven Cerrard "Reyncers"i çempion etdi

23:23 - 7 Mart 2021

Şotlandiyada 2020/21 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Stiven Cerrardın çalışdırdığı "Reyncers" vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.

 

31-ci turda "Seltik" "Dandi Yunayted"lə heç-heçə edib və sona 6 tur qalmış çempion olmaq şansını itirib. Bununla da, "Reyncers" çempionluğu rəsmiləşdirib.

 

Qlazqo təmsilçisi tarixində 55-ci dəfə ölkə çempionu olub.

Xəbər xətti