Türkiyə millisinin üzvü "Ayntraxt"la müqavilə imzaladı

16:30 - 9 Mart 2021

Türkiyə I Liqa təmsilçisi “Bursaspor”dan ayrılan Ali Akman Almaniyanın “Ayntraxt” klubuna keçib.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu Frankfurt təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

 

18 yaşlı futbolçu bu mövsüm keçirdiyi 20 oyunda 10 qol vurub, 3 assit edib. Akman Türkiyənin U-21 millisinin üzvüdür.

Xəbər xətti