Filip Kostiç: "Belə rəqiblərə qarşı oynamaq çətin olur"

11:38 - 31 Mart 2021

Serbiya millisinin futbolçusu Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasını məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi səbəb olduğu penalti epizodu ilə bağlı danışıb:

 

“Oyunçunu görməmişdim, topa ən qısa zamanda çatmağa çalışırdım. Sonra isə lazımsız reaksiya verdim. Əsas olan nəticədə qələbə qazanmağımızdır. Oyunumdan razıyam, daha yaxşısını da edə bilərdim. Belə rəqiblərə qarşı oynamaq çətin olur. Zehni olaraq çox çalışmışdıq, nəticədən razı qalmalıyıq. Qarşıda oyunlarımız var, asan olmayacaq, lakin bacaracağımıza inanıram”.

Xəbər xətti