Nazarov oynadı, komandası evdə uduzdu

15:22 - 11 Aprel 2021

Almaniya II Bundesliqasında XXVIII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Sankt-Pauli”yə uduzub – 1:3.

 

Nazarov start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.

 

28 turdan sonra 37 xala malik “Ersgebirge” 18 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti