Di Natalenin yeni iş yeri müəyyənləşdi

23:04 - 12 Aprel 2021

İtaliya millisi və "Udineze"nin əfsanəvi futbolçusu Antonio Di Natalenin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Karrareze" klubunun baş məşqçisi təyin olunub. Onun C Seriyası klubu ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

 

Di Natale 2015-ci ildə futbolçu karyerasını bitirib. O, "Udineze" tarixinin bombardiridir (224 qol). 42 dəəf İtaliya millisində oynamış keçmiş forvard 11 top vurub.

Xəbər xətti