"Vinisius "Barselona" ilə razılaşmışdı, ancaq agentlər imkan vermədi"

17:29 - 14 Aprel 2021

"Barselona"nın Cənubi Amerikadakı skaut rəhbəri Andre Kuri "Real"da forma geyinən Vinisiusla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, braziliyalı futbolçunu daha öncə kəşf etdiyini deyib:

 

"Vinisius ilə "Real"a keçməmişdən 3,5 il əvvəl maraqlandıq. Hətta agentlər "Barselona" ilə razılaşmışdılar, ancaq işbazlar sonradan bizə xəyanət etdilər. Vinisiusu istəyən biz idik və o da razı idi. Hər şey yolunda gedirdi, ancaq kürəyimizdən bıçaqlandıq. O, "Real"la müqavilə imzalamamışdan 15 gün əvvəl "Barselona"nı arzuladığını, Neymarı kumir seçdiyini və Lionel Messinin Kriştiano Ronaldodan daha yaxşı futbolçu olduğunu dedi. Ancaq belə deyən futbolçu axırda "Real"ı seçdi. Burada agentlərin rolu oldu, onlar bizə xəyanət etdi".

 

20 yaşlı vinger bu mövsüm La Liqada keçirdiyi 27 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib. ÇL-də 9 matça çıxan gənc ulduz 3 qol vurub.

Xəbər xətti