"Real"dan yeni rekord

12:00 - 15 Aprel 2021

“Real” Çempionlar Liqasında yeni rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi 1/4 finalda “Liverpul”u mübarizədən kənarlaşdırmaqla (3:1, 0:0) bunu reallaşdırıb.

 

"Kral klubu" turnirdə 14-cü dəfə yarımfinala yüksəlib. Bu isə Çempionlar Liqası tarixində rekord nəticə hesab edilir.

 

Bu göstəricidə "Real"ı “Bavariya” və “Barselona” izləyir.  Hər iki komanda 12-dəfə yarımfinala yüksəlib.

 

“Real” yarımfinalda "Çelsi" ilə üz-üzə gələcək.

Xəbər xətti