Elxan Məmmədov səfirlə görüşdü

13:38 - 8 May 2021

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında Bakı Olimpiya Stadionunda görüş keçirilib.
 
Sportal.az xəbər verir ki, görüş zamanı AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

 

Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda AVRO-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil şəkdirib.

 

Xəbər xətti