Avropa Liqasında qalib müəyyənləşdi

01:55 - 27 May 2021

Bu gün Avropa Liqasında final oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, həlledici matçda İspaniya "Vilyarreal"ı İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gəlib. Polşanın Qdansk şəhərində keçiriləcən görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

 

Penaltilər seriyasında isə "Vilyarreal" üstün olub - 11:10. Bu, "sarı sualtı qayığ"ın ilk belə uğuru olub. Komandanın baş məşqçisi Unay Emeri isə Avropa Liqasında 5-ci finalında 4-cü çempionluğunu qazanıb.

 

Avropa Liqası, final

26 may

23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1

Pen: 11:10
Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.

Xəbər xətti