Ərdoğan Bakıya gəlir - Əliyevlə oyunu izləyəcək

13:54 - 9 İyun 2021

Türkiyə millisinin Avro-2020-də Uleslə Bakıdakı matçını izləyənlər arasında Rəcəb Tayyib Ərdoğan da olacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti özü Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib:

 

“Azərbaycanda keçiriləcək ikinci oyunu qardaşım İlham Əliyev ilə birlikdə izləməyə gedəcəyəm".

 

Türkiyə - Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti