Eriksen: "Mənə nə olduğunu bilmək istəyirəm"

14:14 - 14 İyun 2021

Avropa çempionatının Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən Kristian Eriksen açıqlama verib.

 

Sportal.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi bunları deyib:

 

“Dəstək üçün təşəkkür edirəm. Mən təslim olmayacağam. Hazırda özümü yaxşı hiss edirəm. Mənə nə olduğunu bilmək istəyirəm. Mənim üçün etdiklərinizə görə hamınıza təşəkkür edirəm”.

 

29 yaşlı futbolçu qarşılaşmanın 42-ci dəqiqəsində huşunu itirərək yerə yıxılmışdı. Eriksen həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılmışdı.

Xəbər xətti