"Sumqayıt"da daha bir müqavilə

11:43 - 17 İyun 2021

“Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Tellur Mütəllimov növbəti mövsümdə də “Sumqayıt”da çıxış edəcək. 26 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

 

Ötən mövsümdən “Sumqayıt”ın şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub.

Xəbər xətti