Mahir Emreli het-trikindən danışdı

10:48 - 18 İyun 2021

“Legiya”nın hücumçusu Mahir Emreli Avstriyanın “Bişofshofen” klubu ilə keçirdikləri yoxlama oyunundan (5:0) sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisindəki debütündə het-trik edən 23 yaşlı futbolçu bunları söyləyib:

 

“Hər şeydən əvvəl komandaya uyğunlaşmaq, komanda yoldaşlarımı tanımaq mənim üçün çox vacib idi. İlk oyunda üç qol vurdum. Bundan məmnunam, lakin bu, çox da əhəmiyyətli deyil. Əsas olan iqlimə öyrəşməyim, komanda yoldaşlarımla bir-birimizi yaxşı başa düşməyimizdir. Məncə, ilk dəfəyə görə yaxşı alındı.

 

Rəqibimiz güclü deyildi, lakin bizə qarşı yaxşı mübarizə apardılar, xarakter göstərdilər. Belə davam etsək, yaxşı nəticələr əldə edəcəyik. Mən hücumçuyam, qol vurmaq mənim işimdir. Yeni komandaya qoşulmuşam. Həqiqətən, ilk oyunda het-trik etməyimdən çox məmnunam. Ancaq bundan sonrakı oyunlarda nə edəcəyim önəmlidir. Artıq oyunlara daha yaxşı köklənməliyəm.

 

“Legiya” topla daha çox oynamağı sevən komandadır. Altı il “Qarabağ”da 4-3-3 sistemində oynamışam. İndi bir az fərqli taktika ilə oynayırıq. Buna uyğunlaşmalı və necə oynayacağımı bilməliyəm”.

Xəbər xətti