"Yuventus"a görə "Real"ın təklifindən imtina edib

11:50 - 28 İyul 2021

Karyerası ərzində ikinci dəfə "Yuventus"un baş məşqçisi postuna təyin olunan Massimiliano Alleqri Turin təmsilçisinə görə "Real"ın təklifindən imtina etdiyini bildirib.

 

Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis İtaliya klubuna olan sevgisinə görə Madrid təmsilçisinin təklifini qəbul etmədiyini deyib:

 

"Real"ın prezidentinə mənə verdiyi fürsətə görə təşəkkür edirəm. Kluba bəslədiyim sevgiyə görə "Yuventus"u seçdim. Bu gənc komandaya inanıram. Onların baş məşqçisi olmaq əyləncəli olacaq. Amma ən önəmli şey çempionluqdur.

 

Həyəcanlıyam. İndiyə qədər gənc oyunçularla çalışdıq. Şənbə günü ilk hazırlıq oyununda yaxşı iş gördülər. Əsas oyunçularımız geri dönür. Artıq keçmişi kənara qoyub, gələcəyə fokuslanmaq zamanıdır.

 

Mənə təklif göndərən bütün klublara təşəkkür edirəm. Amma bir gün oyanıb Andrea Acinelliyə "Yuventus"un prezidenti) zəng edib görüşəm tələb etdim. Geri dönməyimi təşkil etdiyi üçün ona minnətdaram. İşsiz olarkən çox oyunlar izlədim, əsasən də ikinci ilimdə.

 

"Yuventus"da yeni səhifə açıram. Komandada inkişafa ehtiyacı olan çoxlu gənc oyunçular var. Ronaldo, Kyellini, Bonuççi kimi də təcrübəli futbolçulara sahibik. Bu üçlükkomandaya qatdıqları təcrübə ilə ayrı bir önəm daşıyır. Gənc oyunçular üçün də örnək təşkil edirlər".

Xəbər xətti