"Növbəti mərhələyə adlamaq? Niyə də yox?"

16:47 - 29 İyul 2021

“Sumqayıt”ın müdafiəçisi Yusif Nəbiyev Sportal.az saytına açıqlama verib. “Kimyaçılar”ın müdafiəçisi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Çukariçki” ilə cavab qarşılaşması öncəsi danışıb.

 

O, cavab oyunun da Belqraddakı kimi çətin keçəcəyini söyləyib:

 

“İkinci oyuna da yaxşı hazırlaşmışıq. İlk oyunumuz da gözlədiyimiz kimi çətin oldu. Vacib olan odur ki, uduzmadıq. Bu dəfə azarkeşlərimizin qarşısında oynayacağıq. Amma oyun yenə də çətin olacaq. Lakin Sumqayıtdakı oyunun səfər oyunundan daha yaxşı olacağını düşünürəm.

 

Növbəti mərhələyə adlamaq şansı? Hər şey mümükündü, niyə də yox? Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirsək, həmin tapşırıqların öhdəsindən gəlsək, hər şey yaxşı olacaq”.

Xəbər xətti