"Səbail" "Hapoel"in oyunçusu ilə müqavilə imzaladı - FOTO

17:00 - 29 İyul 2021

“Səbail” yeni transferini ictimaiyyətə açıqlayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Domantos Şimkusla anlaşıb. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Litva millisinin üzvü ölkəsində “Atlantas” və “Jalqris” klublarında oynayıb. Onun son klubu İsrailin “Hapoe”(Kfar-Sva) klubu olub.

Xəbər xətti