"Mançester Siti" Qrilişin transferini tamamladı

20:07 - 4 Avqust 2021

“Mançester Siti” İngiltərə millisinin üzvü Cek Qrilişin transferi üçün “Aston Villa” ilə anlaşıb.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, “şəhərlilər” 25 yaşlı yarımmüdafiəçi üçün Birmingem təmsilçisinə 100 milyon funt-sterlinq (117,4 milyon avro) ödəməyi qəbul edib. Oyunçu ilə 5 illik razılıq əldə edilib.

 

"Aston Villa” yetirməsi olan futbolçu 2012-ci ildən əsas komandada çıxış edir. Qriliş Premyer Liqada keçirdiyi 96 oyunda 15 qol vurub, 19 məhsuldar ötürmə edib.

Xəbər xətti