Cavid İmamverdiyev: "Kəpəz"i əvvəlki vaxtlarına qaytarmalıyıq"

14:45 - 5 Avqust 2021

“Kəpəz”in yeni transferi Cavid İmamverdiyev kluba keçidi ilə bağlı mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi komandaya uğur qazanmaq üçün gəldiyini bildirib:

 

“Azərbaycan futbolunda Gəncənin xüsusi yeri var. Bu mənada “Kəpəz” futbolumuzun göz bəbəyi, ad qoymuş bir klubdur. “Sarı-göylər”in aşağı dəstədə oynaması qəbuledilməzdir. “Kəpəz” elitada çıxış etməlidir. İnşallah, bunun reallaşması üçün çalışacağıq, elə ona görə də burdayıq. Komandanı əvvəlki vaxtlarına qaytarmalıyıq. Əlimizdən nə gəlirsə, onun artığını edib kollektivin ənənəsini bərpa edəcəyik. Düşünmürəm ki, Gəncə klubuna keçməklə geri addım atmışam. Əksinə, karyeramda yeni səhifə başlayır. İnanıram ki, burada növbəti uğurumu qazanacağam. “Kəpəz”də böyük futbolçular oynayıb. Mən də bura vaxt keçirməyə gəlməmişəm. Adımı komandanın tarixinə yazdırmaq istəyirəm. Çoxsaylı azarkeşlərimizin də dəstəyi ilə məqsədimizə çatacağıq. Mənə inanan, etimad göstərən klub rəhbərliyinə, baş məşqçimiz Yaşar Vahabzadəyə minnətdaram”.

Xəbər xətti