"Real"ın Mbappe eşqi

15:42 - 15 Avqust 2021

Fransa millisinin üzvü Kilian Mbappenin PSJ-də qalıb-qalmayacağı dəqiqləşməyib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçunun klubla 1 illik sözləşməsi qalıb və onunla yeni müqavilə hələ ki imzalanmayıb. Futbolçunu heyətinə qatmaq üçün çalışan Madrid "Real"ı təklifini yüksəltmək fikrindədir.

 

Hazırda 122 milyon avro transfer büdcəsi olan "kral klubu" Martin Edeqoru "Arsenal"a 50 milyon avroya satmaq fikrindədir. Bundan sonra paytaxt təmsilçisi parislilərə 150 milyon avro təklif edəcək. PSJ-nin prezidenti Nasser Əl-Xələfinin bu təklifi qəbul edib-etməyəcəyi bilinmir.

Xəbər xətti