Xorvatiyalı futbolçu “Sabah”a keçidindən danışdı

13:06 - 18 Avqust 2021

Şpiro Periçiç “Sabah”a keçidi ilə bağlı fikirlərini bildirib. Sportal.az xəbər verir ki, xorvatiyalı müdafiəçi klubun saytına açıqlamasında bunları deyib:

 

“Sabah” ailəsinin üzvü olduğuma görə şadam. Bu cür yaxşı təşkilatlanmış klubun üzvü olmaq çox xoşdur. Komandada hamı məni çox isti qarşılaşdı. Buna görə hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu mövsümdə çempionatda yüksək yerlər uğrunda mübarizə aparacağıq. Çünki bizim yaxşı komandamız var”.

 

Şpiro Periçiçlə 1 illik müqavilə bağlanıb.

Xəbər xətti