"Zirə"nin "Neftçi" ilə 23-cü dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 2-ci turunda “Zirə” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, bu, iki komanda arasında Premyer Liqa çərçivəsində 23-cü qarşılaşma olacaq.

 

Əvvəlki görüşlərdə üstünlük "Zirə"nin tərəfindədir. 22 oyunda 11 qələbə qazanan “Zirə” 6 dəfə bir xalla kifayətlənib və yalnız 5 dəfə uduzub. Top fərqi də qartalların xeyrinədir – 23:22.

 

Bu üstünlük “Neftçi” ilə ev matçlarında da öz əksini tapıb. Öz meydanındakı 11 görüşdə 8 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində isə komanda öndədir – 12:5.

FutbolPress

Tarix: 19 Avqust [16:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio