Avropada mövsümün ən yaxşı futbolçusu bəlli oldu

23:57 - 26 Avqust 2021

Avropada 2020/21 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu ada İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Jorjinyo layiq görülüb.

 

İtaliya yığmasının da üzvü olan oyunçu, 175 xalla birinci olub. O, komanda yoldaşı Nqolo Kanteni (167) və “Mançester Siti”nin futbolçusu Kevin De Bruyneni (160) qabaqlayıb.

Xəbər xətti