"Oyundan əvvəl Azərbaycana 3:0 qalib gələcəyimizi desəydilər, razılaşardıq"

10:44 - 9 Sentyabr 2021

Portuqaliya milli komandasının hücumçusu Dioqu Jota DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilən matç haqda danışıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu görüşlə bağlı bunları deyib: “İkinci qoldan sonra daha rahat oynamağa başladıq.

​Azərbaycan millisinin işini çətinləşdirə bildik. Oyundan əvvəl Azərbaycana 3:0 qalib gələcəyimizi desəydilər, razılaşardıq. Çünki yaxşı nəticədi. Qol vurmaq üçün bir neçə imkanımız da var idi. Bəzən bunu reallaşdıra bilirsən, bəzən yox”.

Xəbər xətti